Главная > Siyasət > Ağdamın işğaldan azad edilməsi tarixi hadisədir

Ağdamın işğaldan azad edilməsi tarixi hadisədir


18-11-2021, 15:20. Разместил: yeni321
 
Ağdamın işğaldan azad edilməsi tarixi hadisədir
 
      Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 20-də xalqa müraciətində bildirmişdir: “Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir.” İşğal edilmiş rayonlar arasında əhalisinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.Rayonun Azərbaycan dövlətinin ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.
Cənab Prezident bildirmişdir ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. “Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır”-ölkə başçımız xalqa müraciətində həm də ağdamlılara bildirmişdir ki,  siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.  Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. Rayonun Azərbaycan dövlətinin ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır. Ölkə başçımızın  göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir.
    Azərbaycan qalibiyyətli günlərini yaşayır. Azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Agdam da günbəgün çiçəklənəcək, daha da gözəlləşəcəkdir. Arzusu ürəyində qalan mənfur düşmənin torpaqlarımıza dikdiyi gözü müzəffər ordumuzun sərras zərbələri nəticəsində ovuldu, başı “Dəmir yumruq”la əzildi.
Zəfərimizi gözü götürməyən düşmən hər an təxribat törətməyə məqam gəzir. Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz Vətənin keşiyində ayıq-sayıq dayanıb, ordumuzun, xalqla dövlətimizin birliyini heç nə sarsıda bilməz. Şanlı Qələləbəmiz daimidir!

Tofiq ƏSGƏROV,
Masallı RTŞ-nin əməkdaşıшаблоны для dle 11.2
Вернуться назад