Главная > Siyasət / Təhsil > “Milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı”

“Milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı”


18-11-2021, 17:57. Разместил: yeni321
  Masallıda Milli Dirçəliş Günü ilə bağlı tədbir

Masallı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 17 noyabr - Milli Dirçəliş günü ilə əlaqədar Ərkivan qəsəbə Z. Nəcəfov adına 2 saylı tam orta məktəbində “Milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı” mövzusunda tədbir keçirilib.
Pandemiya şəraitində nəzərdə tutulan qaydalar üzrə keçirilən tədbirdə Mərkəzin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən Mərkəzin direktoru Dilbər İbayeva Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpasında mühüm hadisə olduğunu vurğulayıb. Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlərin qazanıldığını diqqətə çatdıran D. İbayeva bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin müdrik siyasi və dövlət xadimi kimi uzun illər boyu millətinə yol göstərəcək, fayda verəcək qiymətli irs qoyduğunu bildirib.
Mərkəzin bələdçisi Şəfa Xəlilova çıxışında Milli Dirçəliş Gününün tarixinə nəzər salıb, əlamətdar günün əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının meydanlarda öz haqq səsini, azadlıq səsini ucaltdığı 17 noyabr tarixi Milli Dirçəliş Günü kimi qeyd edilməkdədir.
Tədbirin sonunda “Zəfər qoxulu dirçəliş” mövzusunda hazırlanmış videoçarxa baxış keçirilib.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад