Главная > Siyasət > Masallıda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə müşavirə və treninq keçirilib

Masallıda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə müşavirə və treninq keçirilib


22-11-2021, 00:04. Разместил: yeni321
Masallıda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə müşavirə və treninq keçirilib

Masallı şəhər Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə müşavirə və treninq keçirilib.
Əvvəlcə müşavirəni açan Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov rayonda narkomanlığa qarşı mübarizə işinin təşkili və bu sahə üzrə keçirilən tədbirlər barədə məlumat verib.
Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun məsul nümayəndələri Vasif Quliyev, Şahin İsmayılov, Çərkəz Hüseynov, Seymur Quliyev, Asif Kəngərli, Tural Hüseynzadə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin nümayəndələri — Vasif Quliyev, Şahin İsmayılov, Çərkəz Hüseynov, Seymur Quliyev, Asif Kəngərli, Tural Hüseynzadə iştirak edib, rayon üzrə müvafiq komissiyanın üzvləri ilə dəyirmi masa arxasında müzakirələr aparılıb və iştirakçılara metodiki köməklik məqsədi ilə zəruri əyani təbliğat materialları paylanılıb.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda Masallı rayonu üzrə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı tədbir keçirilən Masallı şəhər Heydər Əliyev Mərkəzindən xəbər verir ki, treninq iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar və əyani vəsaitlər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад