Главная > Siyasət > “Erkən nikahlara qarşı bir olaq” - Masallıda maarifləndirici tədbir
“Erkən nikahlara qarşı bir olaq” - Masallıda maarifləndirici tədbir25-11-2021, 10:10. Разместил: yeni321 |
![]() Masallı Rayon Gənclər və İdman İdarəsinin, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin, Masallı Bioloji Təbabət Klinikasının, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Erkən nikahlara qarşı bir olaq” mövzusunda maarifləndirici tədbir keçirilib. ![]() Yeniheyet.az xəbər verir ki, erkən nikahın qarşısının alınması hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olduğunu deyən rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov bildirib ki, bu istiqamətdə bir çox qanun və normativ hüquqi aktlar qəbul olunub. O, qeyd edib ki, insanlar dərk etməlidirlər ki, övladlarını erkən yaşda ailə qurmağa məcburetmə həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır. ![]() Masallı Bioloji Təbabət klinikasının baş həkimi Tural Xaspolad erkən nikahı cəmiyyətin bəlası adlandıraraq, qeyd edib ki, fiziki sağlamlığı tam mənada formalaşmayan gənc qızların erkən nikahlara məcbur edilməsi gələcək ailə həyatında problemlərin yaranmasına, onların həm fiziki, həm də mənəvi cəhətdən zəifləməsinə gətirib çıxarır: “Hər bir kəsin ailə qurmağa haqqı vardır, lakin insan fərd olaraq fizioloji və bioloji baxımdan tam inkişaf etməlidir...” ![]() Gəncləri maraqlandıran sullar cavablandırılıb. www.yeniheyet.az Вернуться назад |