Главная > Siyasət > Masallıda gənclərlə görüş

Masallıda gənclərlə görüş


26-11-2021, 22:43. Разместил: yeni321
Masallıda gənclərlə görüş 

"Masallı Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı, Masallı Regional Dövlət Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Masallı Gənclər Evinin fəaliyyətinin gənclərə tanıtmaq məqsədilə görüş keçirilib.
Gənclər Evinin metodisti Tural Sadıqov 2020-2021-ci ildə keçirilmiş tədbir və təlimlər haqqında məlumat verib.
Psixoloq Ramal Şükürov gənclər evinin göstərdiyi psixoloji xidmət haqqında gənclərin məlumatlandırıb və psixoloji problemleri olan gənclərə hər zaman dəstək olduqlarını qeyd edib.
Gənclər Evinin Tikiş və Toxuculuq dərnəyinin rəhbəri Əfsanə Kərimova dərnəyin fəaliyyəti haqqında və həftə içi 5 gün ərzində keçirilən dərslərlə bağlı gənclərə geniş məlumat verib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад