Главная > Siyasət > Masallıda şəhid Cavad Babayevin doğum günü

Masallıda şəhid Cavad Babayevin doğum günü


29-11-2021, 20:29. Разместил: yeni321
Masallıda şəhid Cavad Babayevin doğum günü 

 
Noyabrın 28-də Masallı rayonunun Qızılağac kəndində Vətən müharibəsi şəhidi Cavad Gülverdi oğlu Babayevin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Yeniheyet.az xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Abbasov, şəhid ailələri, ağsaqqal və ziyalılar, məktəblilər iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.
Sonra tədbir iştirakçıları şəhid Cavad Babayevə həsr olunmuş otağa baxış keçirərək qəhrəmanın ailəsi ilə xatirələrini bölüşüblər.
Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarına güllər düzülüb.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
   
Cavad Gülverdi oğlu Babayev 28 noyabr 1998-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2005-2016-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2017-2018-ci illərdə Gədəbəy rayonunda həqiqi hərbi xidmətini uğurla başa vurub. Tikinti şirkətlərindən birində işləyib.
Cəbrayıl, Qubadlı və digər bölgələrdə düşmənə ağır zərbələr endirib və həmin rayonların alınmasında böyük şücaət göstərib.
Cavad torpaqlarımızın azad olunmasında igidlik göstərərək noyabrın 11-i Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin nəşi Qızılağac kənd qəbristanlığında böyük izdihamla dəfn edilib.
 
Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cavad Babayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад