Главная > Siyasət > Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji müstəvidə inkişaf edir
Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji müstəvidə inkişaf edir30-11-2021, 12:27. Разместил: yeni321 |
Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji müstəvidə inkişaf edir Noyabrın 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli görüşdə mühüm məqamlar müzakirə olunmuşdur. Prezident İlham Əliyevin çıxışında Azərbaycan–Rusiya əlaqələrinin möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı aydın şəkildə qeyd etmişdir. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və aparılan siyasətin nəticəsində ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir. Rusiya–Azərbaycan əməkdaşlığının dinamik inkişafının göstəricisi olan digər bir fakt da ötən ilin 10 noyabr bəyanatı ilə bağlıdır. Möhtərəm Prezidentimiz çıxışında bir daha deyd edib ki,” Keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən üçtərəfli formatda söhbət aparmağa və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir. Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiya hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rolunu və əlbəttə, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq.” Soçi görüşünün ən mühüm məqamlarından biri də üçtərəfli bəyanatın qəbul edilməsidir. Azərbaycanın mövqeyini tam şəkildə özündə əks etdirən bəyanatda Qarabağ ifadəsinin işlədilməməsi bir daha status məsələsinin artıq tarixə qovuşduğunu sübut edir. Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfəri həm Rusiya-Azərbaycan arasında qarşılıqlı fəaliyyətin, həm də regional problemlərin önəmli istiqamətlərinin müzakirə edilməsi baxımından olduqca vacib oldu. Çingiz Qurbanov, Masallı Tarix Diyarşünaslıq Muzeyin əməkdaşı Вернуться назад |