Главная > Siyasət > Rusiya - Azərbaycan əməkdaşlığının dinamik inkişafı

Rusiya - Azərbaycan əməkdaşlığının dinamik inkişafı


30-11-2021, 12:32. Разместил: yeni321
Rusiya - Azərbaycan əməkdaşlığının dinamik inkişafı

Noyabrın 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli görüşdə bir sıra mühüm məqamlar müzakirə olunmuşdur. Görüş zamanı Prezident İlham Əliyevin çıxışında vurğulanan bütün məqamlardan Azərbaycan–Rusiya əlaqələrinin möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı aydın görünür.Şübhəsiz ki, hər iki ölkə rəhbərinin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir, iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.Məhz elə bütün bu qeyd edilənlərin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın mühüm tərəfdaşı olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir, siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlığı yeni inkişaf mərhələsindədirHazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır. Rusiya–Azərbaycan əməkdaşlığının dinamik inkişafının göstəricisi olan digər bir fakt da ötən ilin 10 noyabr bəyanatı ilə bağlıdır. Ötən müddət ərzində birmənalı olaraq qeyd etmək olar ki, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir.Azərbaycanın mövqeyini tam şəkildə özündə əks etdirən bəyanatda Qarabağ ifadəsinin işlədilməməsi bir daha status məsələsinin artıq tarixə qovuşduğunu sübut edir.Soçidə dövlət başçılarının imzaladığı bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyinin vurğulanması nəqliyyat dəhlizlərinin açılması prosesinin çox yaxın bir vaxtda həyata keçiriləcəyini göstərir.
 
Elvira Abbasova,
Masallı Dövlət Regional Kollecinin tələbəsi
 
                      шаблоны для dle 11.2
Вернуться назад