Главная > Siyasət / Təhsil > “Narkomaniya, erkən nikah, dini radikalizm və onların fəsadları” – Masallıda maarifləndirici tədbir

“Narkomaniya, erkən nikah, dini radikalizm və onların fəsadları” – Masallıda maarifləndirici tədbir


30-11-2021, 15:52. Разместил: yeni321
Narkomaniya, erkən nikah, dini radikalizm və onların fəsadları
 – Masallıda maarifləndirici tədbir

Masallı rayonunun şəhid Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbində pandemiya qaydalarına uyğun olaraq "Narkomaniya, erkən nikah, dini radikalizm və onların fəsadları" mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, polis, təhsil, dini qurumlarla iş şöbələrinin məsul işçiləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra mövzu ilə bağlı sosial vedoçarx izlənilib.
 
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ramiz Nuriyev toxunulan aktual mövzunun əhəmiyyətindən bəhs edib.
Masallı Rayon Polis Şöbəsinin rəis köməkçisi, polis baş leytenantı İ.Talıbov, RPŞ-nin azyaşlılar üzrə baş inspektoru S. Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəxtim Qarayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı Rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Qoşqar Hətəmov çıxış edərək narkomaniyanın, erkən nikahın fəsadlarından, dini radikalizm və ekstremizmin cəmiyyətimizdəki mənfi cəhətlərindən və digər zərərli vərdişlərin insan sağlamlığına təsirindən danışıblar.
 
Çıxışlarda bu cür neqativ hallara qarşı mübarizədə hər bir vətəndaşın fəallığı, aidiyyəti qurumlarla birgə bu istiqamətdə maarifləndirmə işlərinin vacibliyi gündəmə gətirilib.
Natiqlər məktəbliləri insanları məhvə sürükləyən zərərli təsirlərdən uzaq durmağa, onları təhsildə, idmanda uğurlar əldə etməyə, ölkəmizə layiqli vətəndaş olmağa çağırıblar.    
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
  
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад