Главная > Siyasət > Polis general-mayoru Həzi Aslanov Masallıda

Polis general-mayoru Həzi Aslanov Masallıda


30-11-2021, 17:33. Разместил: yeni321
Polis general-mayoru Həzi Aslanov Masallıda

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov Masallı şəhərində, 44 günlük Vətən müharibəsinin Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid çavuşu Cavad İbadovun il mərasimində iştirak edib.
General şəhidin ailə üzvləri ilə görüşüb, onlara dərin hüznlə başağlığı verib.
Ziyarət zamanı generala şəhid çavuş Cavad İbadovun keçdiyi döyüş yolu barədə məlumat verilib. Bildirilib ki, o, Füzulinin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə, eləcə də Hadrutdakı strateji əhəmiyyətli yüksəkliyin alınması zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi Cavad Cabir oğlu İbadov ölümündən sonra «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilib.
Sonra polis general-mayoru H.Aslanov Masallı Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenatı Azay Ağayev, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran və Gəncə şəhərləri üzrə əsgər və zabitləri ilə birgə şəhidin məzarını ziyarət edib, məzarı üstünə qərənfillər düzüblər.
Masallıda olarkən polis general-mayoru Həzi Aslanov rayon ictimaiyyəti nümayəndələri ilə birlikdə şəhər Qəhrəmanlar Parkındakı “Şəhidlər abidə-kompleksi"ni ziyarət edib, şəhidlərin parlaq xatirəsini ehtiramla anıb.

 
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад