Главная > Siyasət > Masallıda ailə quran gənclərin ənənəvi addımı

Masallıda ailə quran gənclərin ənənəvi addımı


30-11-2021, 17:50. Разместил: yeni321
Masallıda ailə quran gənclərin ənənəvi addımı
 
Vətən müharibəsi qazisi, Masallı rayonunun Yeddioymaq kənd sakini Orxan İbrahim oğlu Əlirzayev Leyla Nazim qızı Əlirzayeva ilə ailə həyatı qurub.
Toy mərasimindən öncə gənclər Masallı şəhər Qəhrəmanlar Parkındakı “Şəhidlər abidə-kompleksi"ni ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarını ehtiramla yad ediblər.
 Sonra gənclər Heydər Əliyev parkına gələrək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, Masallı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin irsini, həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Mərkəzin direktoru Dilbər İbayeva ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açıb, yeni ailə quran cütlüyə xoş arzularını bildirib.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад