Главная > Siyasət > Masallının Şərəfə kəndində şəhid Ramazan Vəliyevin anım mərasimi keçirilib

Masallının Şərəfə kəndində şəhid Ramazan Vəliyevin anım mərasimi keçirilib


1-12-2021, 17:48. Разместил: yeni321
Masallının Şərəfə kəndində şəhid Ramazan Vəliyevin anım mərasimi keçirilib 

Dekabrın 1-də Masallı rayonunun Şərəfə kəndində Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, Vətən müharibəsi şəhidi Ramazan Hilal oğlu Vəliyevin anım mərasimi keçirilmişdir.
İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran şəhəri üzə əsgər və zabitləri, şəhid ailələri, qazilər, kənd sakinləri və başqaları iştirak etmişlər.
Yeniheyet.az xəbər verir ki, İcra başçısı Ş.Məmmədov nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. Qeyd etmişdir ki, dünya heç də biz düşündüyümüz kimi ədalətli deyildir. Xocalı qırğını, məscidlərdə donuz, inək saxlanılması buna misaldır. İncikliyimiz dost-qardaş dediyimiz ölkələrin bizi arxadan vurmasıdır.
«Bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Bu gün Ramazanın ruhu bizimlədir. Ramazanlar bizə vüqarımızı, qürurumuzu və ləyaqətimizi qaytardılar, Zəfər sevinci yaşatdılar. Ramazan kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixinə yazılıb. Biz şəhidləri unutsaq-unudularıq. Biz onlara borcluyuq. Allah möhtərəm Prezidentimizi, ailəsini, millətimizi, Masallımızı, masallıları qorusun. Şəhid ata-analarına mənəvi dəstək olmağa çalıçmışam. Şəhid analarının alnından öpürəm. Azərbaycan anaları, xanımları dünyaya nümunədir. Masallının şəhid ailələri, qaziləri onların adlarına xələl gətirən artıq hərəkət etmədilər. Bu, onların böyüklüyüdür, belə də olmalıdır. Əgər erməniyə dəstək verən dövlətlər olmasaydı 1 milyon qaçqın-köçkünümüz, Xocalı faciəsi...olmazdı. İndi Türk dövlətlərinin böyük «Turan» birliyi yaranır. Biz mehriban qonşuluq, mehribamçılıq tərəfdarıyıq. Müharibə istəmirik...»-deyə Masallı RİH başçısı Şahin Məmmədov nitqində bir daha qeyd etmişdir.
Rayon rəhbəri ən vacib məsələni diqqətə çatdıraraq bildirmişdir ki, özümüzü pandemiyadan qorumalıyıq. Əgər kimin 3-cü doza vurdurmaq vaxtı çatıbsa, xahiş edirəm qaydalara əməl etsin. Peyvənd olmaq ölüm ehtimalını 90 faiz azaldır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Ramazan balamızı da rəhmət eləsin.
 
Bildiririk ki, şəhid çavuş Ramazan Hilal oğlu Vəliyev 18 iyun 1995-ci ildə Türkmənistan Respublikasının Aşqabad şəhərində anadan olmuşdur.
Altı yaşı olanda Masallı rayonunun Şərəfə kəndinə gəlmişdir.
2002-ci ildə şəhid Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2013-cü ildə ildə həmin məktəbi bitirmişdir.
2013-cü ildə Bakı Dənizçilik Kollecinə daxil olmuş, 2015-ci ilin yayında oranı bitirmişdir.
Arzusu dənizçi olmaq idi.
R.Vəliyev 2015-ci ilin yayında Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
2016-cı ilin dekabrında əsgərlikdən tərxis olmuşdur.
2019-cu ilin noyabr ayında həyatını hərb sənətinə bağlayıb; Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarında MAXE kimi işə düzəlmişdir.
2020-ci ilin sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi uğurunda savaşda, Füzuli uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşmüşdür.
İgid döyüşçü qəhrəmanlığı ilə öz adını tarixə yazmışdır.
2020-ci ilin 29 noyabr tarixində qəhrəmancasına şəhidlik məqamına əbədi ucalmışdır.
Özü də gözəl Şuşada!..
1 dekabr 2020-ci il tarixdə doğulub boya-başa çatdığı Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında dəfn edilib.
Subay idi...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Hilal oğlu Vəliyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilmişdir.
Şəhid çavuş Ramazan Vəliyevin ailəsi, şəxsən atası Ramazan Vəliyev, ailəsi, kənd camaatı, qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Hacı Rəbbi Kərimov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
Sonra mərasim iştirakçıları Şərəfə kənd qəbiristanında şəhid çavuş Ramazan Vəliyevin məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülmüşdür.
Çıxışlarda şəhid barədə xatirələr danışılmış, şəhid çavuş Ramazan Hilal oğlu Vəliyevin heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад