Главная > Siyasət / İdman / Səhiyyə > “QİÇS xəstəliyinin zərərləri və ondan qorunma yolları” - Masallıda dəyirmi masa

“QİÇS xəstəliyinin zərərləri və ondan qorunma yolları” - Masallıda dəyirmi masa


1-12-2021, 20:17. Разместил: yeni321
“QİÇS xəstəliyinin zərərləri və ondan qorunma yolları” - Masallıda dəyirmi masa
 
“Masallı Gənclər evi” sosial xidmət müəssisəsində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş “QİÇS xəstəliyi, onun zərərləri və ondan qorunma yolları” mövzusunda dəyirmi masa təşkil edilib.
Yeniheyet.az xəbər verir ki, Masallı Regional Mədəniyyət İdarəsinin, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin, “Masallı Gənclər evi” sosal xidmət müəssisəsinin əməkdaşlarının, Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə keçirilən tədbir öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov bildirib ki, “İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. O, AİDS və narkomaniyanın insanlara, xüsusilə gənc nəslə vurduğu zərərlərdən və  narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən və keçirilən tədbirlərdən söhbət açaraq qeyd edib ki, bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətimiz də fəal iştirak etməlidir. Ölkəmizdə gənc nəslə həmişə böyük qayğı ilə yanaşan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən danışan S.Cahangirov diqqətə çatdırıb ki, narkomaniyaya qarşı mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.
 
Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, şöbənin əməkdaşı Kamil Bağırov, Masallı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Salman Yunusov QİÇS xəstəliyinin dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da yayılan, hər kəsi düşündürən aktual məsələlərdən olduğunu gündəmə gətiriblər. Bu infeksiyanın qarşısını almaq məqsədilə dünyada maarrifləndirici tədbirlərin keçirildiyini qeyd edən natiqlər bildiriblər ki, rayonda bu istiqamətdə ənənəvi tədbirlərin həyata keçirilməsi, yeniyetmə və gənclərin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılmalıdır.
Sonda gənclərə mövzu ilə bağlı hazırlanmış maarifləndirici bukletlər paylanılıb.
 
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад