Главная > Siyasət > Masallıda şəhidin doğum günü qeyd olunub

Masallıda şəhidin doğum günü qeyd olunub


2-12-2021, 19:12. Разместил: yeni321

Məmmədağa Bağırov – 24


Dekabrın 2-də Masallı rayonunun Xoşçobanlı kəndində Vətən Müharibəsi şəhidi Məmmədağa Həsənağa oğlu Bağırovun doğum gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, RİHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tural Bəşirov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, şəhid ailələri, ağsaqqal və ziyalılar, məktəblilər iştirak ediblər.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
 Sonra tədbir iştirakçıları şəhid Məmmədağa Bağırovun ailəsi ilə xatirələrini bölüşüblər.
Şəhidin məzarını ziyarət olunub, ruhuna dualar oxunub.
Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад