Главная > Siyasət / Təhsil > “Narkomaniyaya və erkən nikaha yox deyək!” – Masallıda tədbir

“Narkomaniyaya və erkən nikaha yox deyək!” – Masallıda tədbir


8-12-2021, 18:27. Разместил: yeni321
Narkomaniyaya və erkən nikaha yox deyək!” – Masallıda tədbir

Masallı Rayon İcra Hakimiyyətinin, rayon polis və təhsil şöbələriinin birgə təşkilatçılığı ilə “Dəfinə” məktəb-liseyində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.
Əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin fəsadları barədə videoçarxı izləyiblər.
 
Masallı RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. O, qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər: “Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.”
Yeniheyet.az xəbər verir ki, sonra çıxış edən Masallı RİH başçısının müavini Aybəniz Qafarova, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynov, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar.
Çıxışlarda erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
  
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад