Главная > Siyasət / Mədəniyyət / Təhsil > Masallı gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası
Masallı gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası8-12-2021, 18:37. Разместил: yeni321 |
![]() Dekabrın 8-də Masallı Rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə COVİD-19 pandemiyasının tələbləri nəzərə alınaraq, Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar bir qrup gəncin Masallı şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Əvvəlcə gənclər Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. ![]() Yeniheyet.az xəbər verir ki, gənclər Ulu Öndərlə bağlı eksponat, fotostend, kitablarla tanış olublar. Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi məqsədi daşıyan ekskursiyada Ulu Öndərin zəngin irsi haqqında gənclərə ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnək olmalıdır. ![]() Sonda gənclər Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxıblar. www.yeniheyet.az Вернуться назад |