Главная > Siyasət > Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisə

Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisə


10-12-2021, 12:55. Разместил: yeni321
Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisə
 
 
     Bəli, bu günü – Qarabağ Azərbaycandır!  Qələbə Zəfəri ilə keçirilən Qələbə Paradının həsrətini düz 30 il idi ki, gözləyirdik. Sentyabrın 27-dən başlanan ikinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdik. Bu böyük qələbəmizdir. Bu qələbə münasibəti ilə keçirilən parad həm də o topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu. Nəhayət, Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının həm siyasət, həm də döyüş meydanında diplomatik siyasətinin, Müzəffər Şanlı Ordumuzun, igid əsgər və zabitlərimizin qanı töküldüyü Qarabağ Azərbaycandır! Müqədəs torpağımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş ediləcək paradı oldu. Bu parad torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikamızın, həmin torpaqlarda dalğalanan üç rəngli Bayraqlarımızın nümayiş olunduğu, intizarında və həsrətində olduğumuz parad oldu.
Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Bu Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasi meydanında işğalçı düşməni layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və Prezidentin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabrda Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Və bu gün qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi. O dəmir yumruq ki, düşmənin başından vurmaqla belini qırdı. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi! Sözsüz ki, asan yolla qələbə qazanmaq olmur. Bu qələbəni Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuzun, Rəşadətli əsgər-zabitlərimizin igidliyi ilə qazandıq.

Elməddin Əzizov,
Masallı şəhər sakini, Vətən Müharibəsi iştirakçısıшаблоны для dle 11.2
Вернуться назад