Главная > Siyasət > Masallıda şəhid Cavad İbadovun doğum günü qeyd edilib

Masallıda şəhid Cavad İbadovun doğum günü qeyd edilib


11-12-2021, 12:23. Разместил: yeni321
 

Şəhid Cavad İbadov – 24

 
Dekabrın 10-da Masallı şəhərində Vətən Müharibəsi şəhidi Cavad Cabir oğlu İbadovun doğum gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Masallı RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov, Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfəz Nuriyev, ağsaqqal və ziyalılar, şəhid ailələri, müəllim və məktəblilər iştirak ediblər.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxıçlarda şəhidin şərəfli ömür yolundan söhbət açılıb, Cavad İbadovla bağlı xatirələr dinlənilib.
Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Qəhrəmanımızın məzunu olduğu, şəhid Sakit Tağıyev adına 4 saylı Digah tam orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.


 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад