Главная > Siyasət > Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anılıb

Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anılıb


12-12-2021, 13:36. Разместил: yeni321
Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anılıb

Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da Ulu öndərin vəfatının 18-ci ildönümü dərin hüznlə anılır.
Dekabrın 12-də, səhər saatlarından başlayaraq Masallı şəhər Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev masallılar tərəfindən anıldı.
Yeniheyet.az xəbər verir ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, YAP Masallı Rayon Təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ağsaqqal və ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsi önünə tər güllər və qərənfil dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad etdilər, ruhuna dualar oxudular.
Ulu Öndərin abidəsinin ziyarəti axşam saatlarınadək davam edəcək.


 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад