Главная > Siyasət / Maraqlı > Ad gününü şəhid ailələri ilə keçirdi

Ad gününü şəhid ailələri ilə keçirdi


14-12-2021, 00:03. Разместил: yeni321
Masallıda növbəti nümunəvi addım

Ad gününü şəhid ailələri ilə keçirdi

Dekabrın 14-də Masallı şəhər “Qəhrəmanlar parkı – Şəhidlər abidə Kompleksi”ndə Viləş uşaq bağçasının direktoru Şəfa Allahverdiyeva, sahibkar qadın Mətanət Salayevanın birgə təşəbbüsü və təşkilatçılığı ilə I Qarabağ Müharibəsi şəhidi Bəyalı Məmmədovun anım günü tədbiri keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Vətən Müharibəsi şəhidlərinin ailələri və qaziləri iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra “Qəhrəmanlar parkı – Şəhidlər abidə Kompleksi”ndə şəhidlərimiz ziyarət edilmiş, abidə önünə tər güllər düzülmüşdür.
Yeniheyet.az xəbər verir ki, tədbirdə çıxış edənlər təşəbbüs və təşkilatçılara minnətdarlıqlarını ifadə edərək məhz “Viləş” uşaq bağçasının direktoru Şəfa Allahverdiyevanın anadan olmasının 44 illiyini I Qarabağ Müharibəsi şəhidi Bəyalı Məmmədovun doğum günü ilə birgə qeyd etməsini, üzərində qələbə rəmzi olan Xarıbülbül həkk olunmuş milli kələğayını 44 şəhid ailəsindən olan qadınlara hədiyyə etməsini nümunəvi addım kimi dəyərləndirmişlər.
Rayon İcra hakimiyyətinin məsul işçiləri və tədbir təşkilatçıları şəhid ailələrinin və qazilərin vəziyyətilə maraqlanmış, onlara daim dəstək olacaqlarını bildirmişlər.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə və daim onların yanında olan vətənpərvər masallılara minnətdarlıqlarını ifadə etmişlər.
Sonda Həsənli kənd uşaq bağçasının direktoru Nazilə Məmmədova şəhid ailələri və qazilər adından doğum günü, təşəbbüskar və təşkilatçılardan olan Şəfa xanıma Azərbaycan Respublikasının Dövlət bayrağını və qiymətli hədiyyəsini təqdim etmişdir.







 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад