Главная > Siyasət / Təhsil / Səhiyyə > “Narkomaniyaya və erkən nikaha yox deyək!” - Masallıda maarifləndirmə tədbiri

“Narkomaniyaya və erkən nikaha yox deyək!” - Masallıda maarifləndirmə tədbiri


15-12-2021, 18:50. Разместил: yeni321
 
“Narkomaniyaya və erkən nikaha yox deyək!” - Masallıda maarifləndirmə tədbiri 

Masallı Rayon İcra Hakimiyyətinin, rayon polis və təhsil şöbələrinin təşkilatçılığı ilə Qızılavar kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbiri keçirilib.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeniheyet.az xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Lətifə Qənbərova açıb.
Masallı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elvin Əzimov narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə ölkəmizdə görülən işlərdən, rayonda həyata keçirilən tədbirlərdən, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
RİHB-nın böyük məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zamin Məmmədov, RPŞ-nin Boradigah polis bölməsinin rəisi, polis mayoru Pərviz Məmmədov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, təhsil şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov və digərləri çıxışlarında erkən nikahların yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına, ailələrin dağılmasına səbəb olduğunu, eləcə də sağlam cəmiyyətin formalaşması istiqamətində narkomaniyanın ciddi fəsadlar törətdiyini vurğulayıblar.
Çıxışlarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün “Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edilib.
Tədbirdə maarifləndirici videoçarx nümayiş olunub, məktəblilərin sualları cavablandırılıb. 
 


 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад