Главная > Siyasət > Gözəlləşən Ərkivan ...

Gözəlləşən Ərkivan ...


16-12-2021, 16:28. Разместил: yeni321
 
Abadlaşan Bağlakücə ...

Masallı rayonunun Ərkivan qəsəbəsi gündən-günə böyüyüb gözəlləşir. Ərazidə səliqə-sahman yaradılır, quruculuq işləri genişləndirilir.
Yeniheyet.az xəbər verir ki, qəsəbənin Bağlakücə məhəlləsində bu işlərə artıq start verilib. Məhəllənin giriş qapısı hazırlanır, işıqlandırma sistemi qurulur. Küçələrin kənarı kol-koslardan təmizlənir, genişlənir, yolboyu ağaclar əkilir.
Məhəllə qəbiristanlığında artezian quyusu qazılıb, su çəni qoyulub, işıqlandırma sistemi qurulub, hasarı yenilənib.
Qeyd edək ki, davam edən abadlıq-quruculuq işləri qəsəbə sakinlərinin, eləcə də Bakı və Rusiyada yaşayan həmyerlilərin hesabına həyata keçirilir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад