Главная > Siyasət > Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib19-12-2017, 16:18. Разместил: yeni321 |
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Xəbər verdiyimiz kimi bu gün, dekabrın 19-da RF Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə regional hökumətin, dövlət icra hakimiyyəti orqanlarının və bələdiyyə hakimiyyəti orqanlarının, işgüzar dairələrin, region ictimaiyyətinin nümayəndələri daxildir. Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, o cümlədən ikitərəfli əməkdaşlıq məsələləri barədə Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə danışıqlar aparacaq. Вернуться назад |