Главная > Siyasət > Azərbaycan sülhə və sabitliyə sadiq, növbəti addımları proqnozlaşdıran ölkədir

Azərbaycan sülhə və sabitliyə sadiq, növbəti addımları proqnozlaşdıran ölkədir


20-12-2021, 12:02. Разместил: yeni321
Azərbaycan sülhə və sabitliyə sadiq, növbəti addımları proqnozlaşdıran ölkədir

    Azərbaycan sülhə və sabitliyə sadiq, növbəti addımları proqnozlaşdıran ölkədir. Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minumuma endirməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yola kommunikasiyaların açılması , aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Sülh razılaşmsı üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmallıdır.
   ATƏT-in minsk qrupu 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticəni hasil etməyib. ATƏT-in Minsk qrupu yeni geosiyası reallığa uyğun təklifləri hazırlamalıdır. Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası,  insanılar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu öz töhfəsini verə bilər.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində keçirilən tədbirdə bıldirdi ki, işğaldan azad edilmiş ərazilərdə  Azərbaycanın mülki vətəndaşlarının minalardan əziyyət çəkdiyini və bu günə qədər 200-ə yaxın insanın mina partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını qeyd etdi. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsinin vacibliyini diqqətə çatdırdı.
   Zəngəzur dəhlizi regionun simasını dəyişdirəcək layihədir. Zəngəzur dəhlizi ilə bağlı kommunukasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhtəlikdir.

Əli Əsədov,
Masallı şəhər sakini, fəal gəncшаблоны для dle 11.2
Вернуться назад