Главная > Siyasət / Təhsil > Masallıda gənclər arasında bilik yarışı üzrə rayon birinciliyi keçirilb

Masallıda gənclər arasında bilik yarışı üzrə rayon birinciliyi keçirilb


21-12-2021, 18:11. Разместил: yeni321
“Breyn rinq” intelektual bilik yarışı üzrə rayon birinciliyi 

Dekabrın 21-də Masallı rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə gənclər arasında “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
Yeniheyet.az xəbər verir ki, “ASAN” İntellektual İnkişaf Mərkəzində təşkil olunan yarışın əsas məqsədi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərancamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.4, 5.4.7 və 5.7.5.-ci bəndlərinin icrasını təmin etmək, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaqdır.
15 komandanın iştrakı ilə keçirilən birinciliyin yekun nəticəsinə əsasən Göyəçöl kənd N.Həsənov adına tam orta məktəbin komandası birinci, şəhər 5 saylı tam orta məktəbin komandası ikinci, Şərəfə kənd Q.İsmayılov adına tam orta məktəbin komandası üçüncü yerə layiq görülmüşdür.
Qalib komandalar rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

 

www.yeniheyet.az

 шаблоны для dle 11.2
Вернуться назад