Главная > Siyasət > Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı

Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı


24-12-2021, 11:20. Разместил: yeni321
Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı

Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, ön siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycan misilsiz inkişaf yolu keçmişdir. Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycanı beynəlxalq konfransların, simpoziumların, yarışların, qlobal fəaliyyətlərin mərkəzinə çevirən Prezident İlham Əliyev ölkəmizdəki tolerantlığı, multikulturalizmi, dialoq mühitini, bəşəri və milli dəyərlərə verilən önəmi, dinc və birgəyaşayışın nümunəvi formalarını bütün dünyaya çatdırmaqdadır.
           Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.
                18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış  Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə ,yeni tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda günbəgün canlanma müşahidə olunmaqdadır. Möhtərəm Prezidentimizin dediyi kimi Qarabağımız cənətməkana çevrilməkdədir. Prezidentin müntəzəm olaraq bölgələrə etdiyi səfərlərdə yeni obyektlər açılır, infrastruktur layihələri icra olunur. Elm və təhsilə, səhiyyəyə, hərbiyə, mədəniyyətə, sosial-iqtisadi məsələlərə, bir sözlə bütün sahələrə dövlət başçısının xüsusi diqqəti və qayğısı müşahidə olunur.  Ötən on səkkiz ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib.
                Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qəbəyə aparacaqdır.
 Fürsətdən istifadə edib Müzəffər Ali Baş Komandan İlham Əliyevi yubiley münasibətilə təbrik edir, Allahdan  Prezidentimizə sağlamlıq,azərbaycanımızın inkişafında uğurlar arzu edirik.
  Bizdə Prezidentimizin ətrafında dahada sıx birləşərək azərbaycanımızın inkişafında öz əməyimizi əsirgəməyəcəyik.

Əntiqə Tağıyeva,
Masallı Tarix Diyarşünaslıq Muzeyin direktoru
 шаблоны для dle 11.2
Вернуться назад