Главная > Siyasət > Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar

Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar


25-12-2021, 10:29. Разместил: yeni321
Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar

                 Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, ön siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycan misilsiz inkişaf yolu keçmişdir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycanı beynəlxalq konfransların, simpoziumların, yarışların, qlobal fəaliyyətlərin mərkəzinə çevirən Prezident İlham Əliyev ölkəmizdəki tolerantlığı, multikulturalizmi, dialoq mühitini, bəşəri və milli dəyərlərə verilən önəmi, dinc və birgəyaşayışın nümunəvi formalarını bütün dünyaya çatdırmaqdadır.
                Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır.  Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.  Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır.
 Prezident İlham Əliyevin sosial islahatlar proqramı əmək, məşğulluq, sosial müdafiə sahələrində idarəçilik və əhaliyə xidmətlərin təkmilləşdirilməsinə, müasir, innovativ iş prinsiplərinin tətbiqi sahəsində yeni irəliləyişlərə imkan yaradıb
           Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır.
Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda günbəgün canlanma müşahidə olunmaqdadır. Möhtərəm Prezidentimizin dediyi kimi Qarabağımız cənətməkana çevrilməkdədir. Prezidentin müntəzəm olaraq bölgələrə etdiyi səfərlərdə yeni obyektlər açılır, infrastruktur layihələri icra olunur. Elm və təhsilə, səhiyyəyə, hərbiyə, mədəniyyətə, sosial-iqtisadi məsələlərə, bir sözlə bütün sahələrə dövlət başçısının xüsusi diqqəti və qayğısı müşahidə olunur.  Ötən on səkkiz ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib.

Əntiqə Tağıyeva,
Masallı rayonu, Hişkədərə kənd sakiniшаблоны для dle 11.2
Вернуться назад