Главная > Siyasət > Həmrəyliyin bəhrəsini yaşayan xalq
Həmrəyliyin bəhrəsini yaşayan xalq27-12-2021, 18:57. Разместил: yeni321 |
Həmrəyliyin bəhrəsini yaşayan xalq Azərbaycan xalqı işğal altındakı torpaqları azad etdi. Xalq öz Prezidentinə və Qələbəyə hər zaman inanırdı. Artıq Vətənimizin bayrağı işğaldan azad olunmuş torpaqlatrda , o cümlədən Şuşada dalğalanır və bu müqəddəs məqsədə şəhidlərimizin qanı-canı bahasına nail olduq. Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşanın məşhur Cıdır düzündə çıxışı zamanı bildirdi ki, Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil. Xalq Qarabağı azad etdi. Torpaqların əsl sahibləri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu torpaqlarda əbədi yaşayacaqdır. Xalq birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu. Aytəkin Nağıyeva, Masallı rayonu, Viləş kənd sakini Вернуться назад |