Главная > Siyasət > Masallıda “Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları” mövzusunda konfrans keçirilib

Masallıda “Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları” mövzusunda konfrans keçirilib


29-12-2021, 16:14. Разместил: yeni321
     Masallıda “Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları” mövzusunda konfrans keçirilib

Masallıda 31dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları” mövzusunda konfrans keçirilib.
  “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində keçirilən tədbir öncəsi 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      Konfransda Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, rayon təhsil şöbəsinin metodisti Əyyar Burhanov,  “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Fərid Hüseynov, Masallı Dövlət Regional Kollecinin müəllimi Elçin Ağayev, kollecin tələbəsi Süsən Məlikova çıxışlarında bildiriblər ki,  Ulu Öndərin həmrəylik, Azərbaycançılıq ideyaları ölkəmizi qüdrətli və inkişaf etmiş dövlətə çevirib: “Bu gün dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar məhz bu ideyalara əsaslanaraq vahid bir məqsəd naminə birləşib, qüdrətli Azərbaycan dövləti, ciddi potensiala malik Azərbaycan diasporu formalaşıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi…”
     Çıxışlarda vurğulanıb ki, Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindəndir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад