Главная > Siyasət > Masallıda şəhid Rəşid Lətifovun anım mərasimi keçirilib

Masallıda şəhid Rəşid Lətifovun anım mərasimi keçirilib


29-12-2021, 17:08. Разместил: yeni321

Masallıda şəhid Rəşid Lətifovun anım mərasimi keçirilib

Dekabrın 29-da Masallı rayonunun Tatyanoba kəndində 44 günlük Vətən müharibəsinin şəhid çavuşu (MAHHXHQ) Rəşid Güləhməd oğlu Lətifovun anım mərasimi keçirilib.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatı Musa Qasımlı, rayonun hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.
İcra başçısı cənab Şahin Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsindən danışıb. O, deyib:
- Bu gün Masallıda dəfn olunan şəhidlərdən 46-cısı olan çavuş Rəşid Lətifovun il mərasiminə yığışmışıq.
Əgər erməniyə dəstək verən dövlətlər olmasaydı, torpaqlarımız 30 il düşmən tapdağı altında qalmaz, 1 milyon qaçqın-köçkünümüz, Xocalı faciəsi... olmazdı. Masallıdan İkinci Qarabağ müharibəsində 62 şəhidimiz oldu. Masallılar məğrurluq nümayiş etdirdilər. Şəhid ailələrinə, qazilərimizə təşəkkür edirəm.
Şəhid ata-analarına mənəvi dəstək olmağa çalışırıq. Rəşid kimi gənclərlə hər zaman qurur duyacağıq! Rəşid və adını çəkmədiyim cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində Vətən torpaqları Ermənistanın işğalından azad olunub. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixinə yazılıb. Biz şəhidləri unutsaq-unudularıq. Həmişə onlara borcluyuq...
 
Yeniheyet.az xəbər verir ki, şəhidin atası Güləhməd kişi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirmişdir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Ağa Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
Sonra mərasim iştirakçıları Tatyanoba kənd qəbiristanında şəhid gizirin məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə güllər düzülmüşdür.
Məlumat üçün bildiririk ki, Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olmuşdur.
2006-2017-ci illərdə Güllütəpə kənd tam orta məktəbində təhsil almışdır.
2018-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanmışdır.
2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunmuşdur.
2019-cu ilin avqust ayında MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirmişdir.
 
Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad edilməsində böyük şücaət göstərmişdir.
Murovdağ istiqamətində gedən döyüşlər də iştirak edən Rəşid son dəfə sentyabrın 25-də ailəsi ilə əlaqə saxlamışdı. 93-cü gün şəhid xəbəri gəlmişdi..
Şəhidlik zirvəsinə ucalan çavuş Rəşid Lətifovun nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında izdihamla torpağa tapşırılmışdır.
Subay idi…
Rəşid Lətifov Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları  ilə təltif edilmişdir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад