Главная > Siyasət > Masallıda şəhid Nurlan Malikovun anım mərasimi keçirilib

Masallıda şəhid Nurlan Malikovun anım mərasimi keçirilib


31-12-2021, 19:40. Разместил: yeni321
Masallıda şəhid Nurlan Malikovun anım mərasimi keçirilib

Dekabrın 31-də, Masallı rayonunun Öncəqala kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Nurlan Dünyamalı oğlu Malikovun anım mərasimi təşkil olunub.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.
RİH başçısı Ş.Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. O,demişdir:
- Nurlan kimi igid balalarımız bizə vüqarımızı, qürurumuzu və ləyaqətimizi qaytararaq Zəfər sevinci yaşatdılar. Biz belə gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub.
-Masallıdan İkinci Qarabağ müharibəsində 62 şəhidimiz oldu. Şəhid analarının alnından öpürəm. Allah möhtərəm Prezidentimizi, ailəsini, millətimizi, Masallımızı, masallıları qorusun. Masallının şəhid ailələri, qaziləri onların adlarına xələl gətirən artıq hərəkət etmədilər. Onlar bir məğrurluq nümayiş etdirdilər. Rayon rəhbəri şəhidin il mərasimində Masallıları bir daha qarşıdan gələn 2022-ci il — Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
 
Yeniheyet.az xəbər verir ki, şəhidin ailə üzvləri, qardaşı Kərim onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlıq bildirmişlər.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Hacı Hüseyn Əhmədli və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər.
Sonra mərasim iştirakçıları Oncakələ kənd qəbiristanında şəhid əsgər Nurlan Malikovun məzarını ziyarət etmişlər. Onun xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür.

Məlumat üçün bildirək ki, Nurlan Malikov 19 sentyabr 1996-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub. 2003-cü ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin birinci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbin onbirinci sinfini bitirib. 2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissədə davam etdirib. 2016-cı ilin aprel ayında ordu sıralarından tərxis olunub.
Azərbaycan Ordusunun əsgəri Nurlan Malikov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli və Qubadlı rayonları ərazilərində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə vuruşarq şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin nəşi 31 dekabr 2020-ci il tarixdə doğulduğu Öncəqala kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi
Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Nurlan Dünyamalı oğlu Malikov ölümündən sonra "Vətən uğrunda", «Qubadlının azad olunmasına görə» və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад