Главная > Siyasət > Masallılı şəhidin doğum günündə «Rəşadət» ordeni ailəsinə təqdim edilib

Masallılı şəhidin doğum günündə «Rəşadət» ordeni ailəsinə təqdim edilib


1-01-2022, 13:02. Разместил: yeni321
Qarğalıq kəndində şəhid çavuş Rafail Hüseynovun xatirəsi anılıb

Masallı rayonunun Qarğalıq kəndində şəhid çavuş Rafail Hüseynovun doğum günündə xatirəsi anılıb.
Yanvarın 1-də, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və digər rayon rəsmiləri şəhid ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
RİH başçısı Ş.Məmmədov şəhid ailəsini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsində Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə Ordumuzun əldə etdiyi tarixi Qələbəmizin xalqımıza yaşatdığı əvəzedilməz sevinc və qürur hissindən, Rafail kimi şəhid oğullarımızın, qazilərimizin qəhrəmanlıqlarından danışıb.
Yeniheyet.az xəbər verir ki, rayon rəhbəri və SHXÇDX-nın Masallı Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Rafail Hüseynovun ölümündən sonra layiq görüldüyü 3-cü dərəcəli «Rəşadət» ordeni və “Şuşanın azad olunmasına görə” medalını onun ata-anasına təqdim ediblər.
Şəhidin atası Teymur Hüseynov şəhid ailələrinin hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, göstərilən diqqətə görə dövlətimizin başçısı cənab İlham Əliyevə, rayon rəhbərinə minnətdarlıq bildirib.
  
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад