Главная > Siyasət > Masallıda “ 31dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr olunmuş dəyirmi masa keçirilib

Masallıda “ 31dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr olunmuş dəyirmi masa keçirilib


19-12-2017, 16:47. Разместил: yeni321
Masallıda “ 31dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr olunmuş dəyirmi masa keçirilib

Dekabrın 19-da Masallı rayon Gənclər və İdman İdarəsinin (RGİİ) təşkilatçılığı ilə Gənclər Mərkəzində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov bildirmişdir ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ulu öndərin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın birliyi və həmrəyliyinə yönəlmiş ideyalarının əbədi yaşayacağını qeyd edən sözçü vurğulamışdır ki, ölkəmizin gələcək inkişafı harada yaşamasından asılı olmayaraq azərbaycanlıların birliyindən asılıdır. Bu birlik isə getdikcə Azərbaycanın dünyada nüfuzunun daha da artmasına və qüdrətli dövlətə çevrilməsinə böyük təkan verəcəkdir.
RGİİ-nin aparıcı məsləhətçisi Oktay Mütəllimov məruzəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu əlamətdar tarixin dünyanın 70-dən artıq ölkəsində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsinə xidmət etdiyini diqqətə çatdırmışdır. O, ulu öndərin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" ifadəsindən sonra dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların bu millətin nümayəndəsi olmalarını daha böyük iftixar və qürur hissi ilə bəyan etdiklərini qeyd etmişdir. 
RGİİ-nin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktoru Elxan Kərimov, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin müəllimi Təranə Bağırova və başqaları müstəqil dövlətimizin yaranmasında və inkişafında, azərbaycançılıq ideologiyasının formalaşmasında, dünya azərbaycanlılarının həmrəyliyində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etmişlər.

 “Yeni həyat”,
  www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад