Главная > Siyasət > Masallıda növbəti şura iclası keçirilib

Masallıda növbəti şura iclası keçirilib


9-01-2022, 12:39. Разместил: yeni321
Masallıda növbəti şura iclası keçirilib 

Yanvarın 8-də şəhər Nizami Gəncəvi adına Mədəniyyət evində Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti şura iclası keçirilmişdir.
Geniş tərkibdə keçirilən iclasda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və RİHB aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, kənd, qəsəbə və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndələr və qərargah üzvləri iştirak etmişlər.
İclas başlamazdan öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov gündəlikdə duran əsaas məsələlərdən biri - ev təsərrüfatının uçotunun aparılması və rayonda peyvəndləşmənin gedişi barədə tədbir iştirakçılarına məlumat vermişdir. Rayon rəhbəri bildirmişdir ki, rayon ərazisində olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və daimi seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar ev təsərrüfatları kitabında əks olunan göstəricilərin dövlət əhəmiyyətini nəzərə alaraq, uçot işinin mütəşəkkil qaydada aparılması və yüksək keyfiyyətlə icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46-cı maddəsini əsas götürərək, Azərbaycan Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamənin» 5.16-cı, 5.1 7-ci və 6.8-ci bəndlərini rəhbər tutaraq yerlərdə işlərə başlandığını bildirmişdir. Mühüm, dövlət əhəmiyyətli işlə bağlı Boradigah qəsəbəsi, Bədəlan, Hişkədərə, Qızılavar, Mahmudavar, Tüklə, Masallı şəhər, Banbaşı, Güllütəpə, Yeyənkənd, Təzə Alvadı və.s inzibati ərazi dairəsi üzrə nümayndəliklərində yaradılmış qərargahların, işçi qruplarının fəaliyyəti, mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarında məlumatların mövcud vəziyyətə uyğun qeyd edilməsini, təsərrüfat üzvlərinin, eyni zamanda həmin ünvanlarda müvəqqəti yaşayan şəxslərin siyahısının dəqiqləşdirməsini, habelə seçici siyahılarında müvafiq dürüstləşmələr aparmasının vəziyyəti ilə şəxsən tanış olmuşam.
Yeniheyet.az xəbər verir ki, rayon rəhbəri təsərrüfatbaşına uçot kitablarında yol verilmiş nöqsanlarla bağlı məsul şəxslərə iradlarını bildirmiş, şəffaflığın təmin olunması, ayrı-ayrı şəxslərin vəzifə məsuliyyətinin artırılması ilə bağlı şura iclasında geniş məlumat vermişdir. İcra başçısı demişdir:
-Türkoba, Hişkədərə, Lürən, Göyəçöl ərazilərini gəzərkən gördüyüm səliqə-sahmandan, kargüzarlıq işindən ürəyim açıldı. Tüklə, Təzə Alvadı, Çaxırlı Musakücə, Xıl və başqa ərazi nümayəndəliklərində kargüzarlıq işləri ortababdır. Ərkivan ərazi nümayəndəliyində qüsurlar var. Boradigah qəsəbə, Miyankü, Qızılavar, Böyük Kolatan, Sığdaş, Qodman, Qəriblər, Yeyənkənd, Köhnə Alvadı, Xırmandalı, Qızılağac, Viləş, Şıxlar, Təzəkənd, Bədəlan, Yeddioymaq kənd, Masallı şəhər ərazi nümayəndəliklərində ərazisində olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və daimi seçici siyahılarının dəqiqləşdirilməsi işi pis, bərbad vəziyyətdədir.
RİH başçısı qeyd etmişdir ki, yaxşı işlər bizimdir, nöqsanlar tez bir vaxtda aradan qaldırılmalıdır. Hər bir evdə, hər bir ailədə yaşayan və yaşamayıb digər yerdə və yaxud ölkədə daimi və müvəqqəti olmasının uçotu dəqiq öyrənilməli, həmin şəxslərlə telefon əlaqəsi yaradılmalıdır. Belə olan halda dövlət bilməlidir ki, həmin ərazidə neçə nəfər vətəndaşı yaşayır, kim hansı şəhər və rayon ərazisində, ölkə daxilində və xaricində yaşayır. Məsul şəxslər, kəndlər, qəsəbələr və şəhər üzrə inzibati ərazi dairəsi üzrə nümayəndələr və qərargah üzvləri, polis sahə müvəkkilləri bu işdə məsuliyyət daşımalı və hər hansı vətəndaşın hansı evdə və yaxud mənzildə yaşayıb-yaşamamsından asılı olmayaraq onların uçotunu, ünvanlarını bir daha dəqiq öyrənməlidir. Bu bənd iclasın yekun qərarında da öz əksini tapmalı, həmin vəzifəli şəxslər məsuliyyətinin necə vacib olduğunu dərk etməlidir. Rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərində təsərrüfatbaşına uçot kitablarının vəziyyəti ilə bağlı yoxlamalar davam etdirilir.
Rayon rəhbəri həmçinin şura iclasında dünən mərkəzi tabeli orqanlardan RİH-ə daxil olmuş məktublarda Masallı şəhərində 1, Boradigah qəsəbəsində 2, Musaküçə, Şıxlar, Miyankü və Qızılavarda, hər bir kənd ərazisində 1 qanunsuz tikilinin olması barədə iradını bildirmiş, ötən il rayonun ərazisində 115 minə yaxın ağacın əkilməsini, cari ildə bu işi davam etdirməyi və Güllütəpə kəndi ərazisindən keçən yerdə yeni bağların salınmasını tapşırmışdır.
Yekunda Masallı RİH başçısı Ş.Məmmədov bir daha tapşırıq və tövsiyələrini vermiş, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən insan sağlamlığının qorunması, rayonda peyvəndləşmənin düzgün aparılması sahəsində görülən yaxşı işlər və qarşıda duran məsul vəzifələrdən danışmışdır.
İclasda fəalları maraqlandıran suallar cavablandırılmışdır.
Sonda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarları qəbul edilmişdir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад