Главная > Siyasət > MASALLI: Əhməd Əhmədova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub

MASALLI: Əhməd Əhmədova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub


9-01-2022, 13:35. Разместил: yeni321
Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Əhmədova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub
 
08 yanvar 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd İlyas oğlu Əhmədova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunmuşdur.
Yeniheyet.az xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Əhməd İlyas oğlu Əhmədovu təltif olunması münasibəti ilə təbrik etmiş və medalı ona təqdim etmişdir.
  
Məlumat üçün bildirək ki, Ə. Əhmədov 12 sentyabr 1961-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub.
1979-cu ildə kənddəki Bədirli orta məktəbini bitirib.
1980-1982-cü illərdə Sovet Ordu sıralarında xidmət edib. Bölmə komandirinin müavini olub.
1983-1988-ci illərdə N.A.Voznosenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını (D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsitutu, qiyabi təhsili üzrə) bitirib.
İşləyə-işləyə təhsilini davam etdirib. İlk əmək fəaliyyətinə 2 nömrəli Bakı Şərab Zavodundan başlayıb.
1983-1984-cü illərdə Masallı Quraşdırma İdarəsində çalışıb.
1984-1992-ci illərdə Masallı Tara Müəssisəsində işlərkən kiçik mühasiblikdən baş iqtisadçı vəzifəsinə qədər yüksəlib.
2002-2021-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışıb.
Hazırda Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
İşlədiyi müddətdə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrə layiq görülüb.
Ailəlidir. 2 qızı, 1 oğlu, 7 nəvəsi var.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад