Главная > Siyasət > Masallıda şəhidin anım günündə xatirə bulağının açılışı olub

Masallıda şəhidin anım günündə xatirə bulağının açılışı olub


10-01-2022, 19:30. Разместил: yeni321
Masallıda şəhidin anım günündə xatirə bulağının açılışı olub

Yanvarın 10-da Masallı rayonunun Ərəb kəndində şəhid Masim Qurbanovun (07.01.2001-10.01.2020) adına tikilən bulağın açılışı olub.
Abidə-bulaq kompleksində həmçinin Birinci və İkinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalan, Ərəb kəndindən olan digər qəhrəman oğulların da xatirə lövhələri yerləşdirilib.
Yeniheyet.az xəbər verir ki, açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və RİHB aparatı, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, SHXÇDX rayon şöbəsinin rəhbər işçiləri, şəhid ailələri, hərbçilər və müharibə iştirakçıları, qonaqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, şəhidin atası, Birinci Qarabağ müharibəsi iştirakçısı Hafiz Qurbanov və başqaları çıxışlarında ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin tarixi əhəmiyyətindən, bu kənddən olan şəhidlərin, xüsusilə şəhid Masim Qurbanovun Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında şücaətindən danışıblar.
Kənd sakinləri Masim kimi qəhrəmanlarımızla fəxr etdiklərini söyləyiblər.
 
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq bildiriblər.
Tədbirdə Ərəb kənd orta məktəbinin beşinci sinif şagirdi Türkan Qurbanova və digər məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonra mərasim iştirakçıları abidə-bulaq kompleksini ziyarət edib, üzərinə gül dəstələri düzərək şəhidlərimizn ruhuna dualar oxuyublar.

www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад