Главная > Siyasət > Şəhid Rəşid Lətifovun doğum günündə xatirəsi anılıb
Şəhid Rəşid Lətifovun doğum günündə xatirəsi anılıb15-01-2022, 13:30. Разместил: yeni321 |
Şəhid Rəşid Lətifovun doğum günündə xatirəsi anılıb 22 yaşı tamam olacaqdı... Masallı rayonunun Güllütəpə ərazisində 44 günlük Vətən müharibəsinin şəhid çavuşu Rəşid Güləhməd oğlu Lətifovun xatirəsi ehtiramla anılıb. Güllütəpə kənd tam orta və Tatyanoba kənd ümumi orta məktəblərinin müəllim və şagird kollektivi İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Rəşid Lətifovun doğum günündə şəhidin ailəsinə baş çəkərək ev muzeyini ziyarət ediblər. Sonra müəllim və məktəblilər şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər. Müəllimlər şəhid R.Lətifovun şərəfli ömür yoluna nəzər salıblar, şagirdlər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər. Bildirilib ki, Rəşid Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub. 2017-ci illərdə Güllütəpə kənd tam orta məktəbini bitirib. 2018-ci ilin yanvarında çağırışçı kimi hərbi xidmətə yollanıb. 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətdən tərxis olunub. Həmin ilin avqustunda MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib. 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad edilməsində böyük şücaət göstərib. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən Rəşid son dəfə sentyabrın 25-də ailəsi ilə əlaqə saxlamışdı. 93-cü gün sonra şəhid xəbəri gəldi... Şəhidin nəşi 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi… Rəşid Güləhməd oğlu Respublika Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. Akif AĞAYEV, www.yeniheyet.az Вернуться назад |