Главная > Siyasət / Mədəniyyət > “QANLI YANVAR” - Masallıda tədbir

“QANLI YANVAR” - Masallıda tədbir


15-01-2022, 18:07. Разместил: yeni321
“QANLI YANVAR - Masallıda tədbir  

Masallı rayon Mərkəzi Kitabxanasında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Qanlı yanvar” adlı tədbir keçirilib.
Yeniheyet.az xəbər verir ki, təbirdə Masallı rayon Tarix-Diyarşünaslq Muzeyinin və kitabxananın əməkdaşları iştirak ediblər.
Tədbir öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzi Kitabxananın direktoru Əlhəddin Nəzərov çıxışında diqqətə çatdırıb ki, 1990-cı ilin 2o Yanvar  faciəsində xalqmızın yaşadığı müsibətlər nə qədər ağrı-acılı olsa da, həmin gün tariximizə həm faciə, həm də milli azadlıq mücadiləmizin qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva vurğulayb ki, Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə 1990-cı il yanvarın 20-də dinc əhaliyə qarşı ağır cinayət törədildi, yüzlərlə insan yaralandı, qəddarcasına qətlə yetirildi, itkin düşdü...
Kitabxananın əməkdaşı Arzu Hüseynova, muzeyin işçisi Sevinc Əliyeva qeyd ediblər ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı qətlə yetirilmiş həmvətənlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad edilir, şəhidlərimiz heç zaman undulmur.
Çıxışlarda bildirilib ki, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş 147 nəfərin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edilib.

www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад