Главная > Siyasət > Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibəsi

Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibəsi


18-01-2022, 16:43. Разместил: yeni321
        Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibəsi
             
 Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin televiziya kanallarına verdiyi müsahibəyə geniş televiziya kanallarına yer veriblər. Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırılıb.
               Azərbaycan Prezidentinin şəhid ailələrinə dövlət qayğısı, erməni işğalından azad olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlərlə bağlı, eləcə də Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı fikirlərindən materiallar yayıblar.
               Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fikirlərindən gətirilən sitatlarda deyilir: “Şəhid ailələrinin sosial təminatı yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib"
                 Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində bildirib ki, Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Çünki biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilmişdir - həm noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək. Təbii ki, Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində göstərmişik. Ona görə belə meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək.

Elmədin Əzizov,
 Masallı şəhər sakini, Vətən müharibəsi veteranıшаблоны для dle 11.2
Вернуться назад