Главная > Siyasət / Mədəniyyət / Təhsil > “Tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” – Masallıda tədbir

“Tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” – Masallıda tədbir


18-01-2022, 21:18. Разместил: yeni321
Tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” – Masallıda tədbir
 
Yanvarın 18-də Masallıda “20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin və Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi, məktəbli və könüllülər iştirak edib.
Yeniheyet.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heldər Əliyev Mərkəzinin ekspozisiya zalında yeniyetmə və gənclərin Qanlı Yanvar hadisələri ilə bağlı rəsm sərgisi ilə tanış olublar.
Mərkəzin direktoru Dilbər İbayeva, kollecin tarix müəllimi Nərmin Nərimanova  20 Yanvar qırğınından ötən 32 ildə şəhidlərimizin əbədiyaşarlığı istiqamətində görülmüş işlərdən, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsindən, danışıblar.
Sonra kollecin müəllim və tələbə heyətinin təqdimatında "Cəllad" adlı ədəbi-bədii kompozisiya nümayış olunub.



 

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад