Главная > Siyasət > Şəxsiyyətə verilən dəyər

Şəxsiyyətə verilən dəyər


22-01-2022, 17:24. Разместил: yeni321
Şəxsiyyətə verilən dəyər
 
Bakının ən görkəmli tarixi yerlərindən birində - Qala divarının önündə ömrü boyu Bakının, Azərbaycanın inkişafına, abadlaşmasına böyük töhfələr vermiş xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılmışdır.
H.Z.Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoymuşdur.
Yanvar ayının 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılış mərasimi olub. Prezident İlham Əliyevin Sərəncamı ilə  abidə metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucaldılıb.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin 2019-cu ildə heykəlin hazırlanması üzrə elan etdiyi açıq müsabiqədə layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun əsəri qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edilib.
Açılışda Möhtərəm Prezidentimiz  çıxış edərək abidənin Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdə ucaldıldığını qeyd edib: “Abidənin quraşdırıldığı yer Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Hacı Zeynalabdin Tağıyev çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsixüsusilə qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmişdir. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyevdir”.
Zeynalabdin Tağıyev təkcə Bakıda deyil, eyni zamanda Naxçıvanda, Gəncədə, Şamaxıda və azərbaycanlıların yaşadığı Gürcüstanın bir sıra bölgələrində də öz vəsaiti hesabına məktəblər açdırmışdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərclərini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdür. Həmin o tələbələrin arasında Əziz Əliyev də olmuşdur
Bildiyimiz kimi müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim ərəb dilində yazılıb. Ona görə də ərəb dilini bilməyən azərbaycanlılar bu müqəddəs kitabı oxumağa çətinlik çəkiblər. Odur ki, Zeynalabdin Tağıyev ilk dəfə olaraq Qurani-Kərimi azərbaycan dilinə tərcümə etdirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır.” Hələ 2000-ci illərin əvvəllərində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmışdır. 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə onun evi, hazırda Tarix muzeyinin binası əsaslı təmir edilmişdir.
Möhtərəm  Prezidentimiz cənab İlham Əliyev: “Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyaya təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultral dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə ikinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin inkişafına xidmət edir”. çıxışında bildirmişdir.
Əntiqə Tağıyeva,
Masallı Tarix Diyarşünaslıq muzeyin direktoru

шаблоны для dle 11.2
Вернуться назад