Главная > Siyasət > Koreyanın Azərbaycandakı səfiri Masallıda

Koreyanın Azərbaycandakı səfiri Masallıda


14-11-2017, 20:47. Разместил: yeni321
Koreyanın Azərbaycandakı səfiri Masallıda
 
07 noyabr 2017-ci il tarixdə Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Gyun ikinci dəfə Masallı rayonunda səfərdə olub.
Qeyd edək ki, səfir yeddi ay bundan qabaq da Masallıda rəsmi səfərdə olub.
Koreya səfiri Kim Çanq-Gyun və Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi qarşılanan Koreya səfiri Kim Çanq-Gyunla işgüzar görüş keçirilib.
Rayon rəhbəri bu görüşü Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan və Koreya arasında qurduğu uğurlu siyasətin və dostluq əlaqələrinin bəhrəsi kimi dəyərləndirib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan və Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Qeyd olunub ki, son 10 ildə iki ölkə arasında əlaqələr intensiv xarakter daşıyır, Azərbaycan dövləti Koreya Respublikasını iqtisadi əməkdaşlıq baxımından prioritet ölkə kimi qiymətləndirir. Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq infrastruktur, energetika, inşaat, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə daha möhkəmdir. Siyasi və iqtisadi sahələrlə paralel olaraq mədəni, elmi-texniki və humanitar əməkdaşlıq da genişləndirilir.
Azərbaycan-Koreya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, iqtisadiyyat sahəsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
İcra başçısı sonra Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, sakinləri, onların məşğuliyyəti haqqında geniş məlumat verib. Masallıda kənd təsərrüfatı işlərinin böyük vüsət aldığını bildirən R.Hüseynov qeyd edib ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə qeyd olunub ki, rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əhalisinin sayı 222 min nəfər olan Masallı respublikanın ən sıx əhali yaşayan və az torpaqlı rayonları sırasındadır. Təhlillər göstərir ki, rayonda 37 min ailənin istifadəsində olan əkinəyararlı 24 min hektara yaxın sahənin 82 faizi dəniz səviyyəsindən aşağıda yerləşməklə şoran və təkrar şoranlaşmış torpaqlardır. On min hektara yaxın sahə isə bilavasitə Xəzər dənizi sahilindədir və onun bir hissəsi daim subasmalara məruz qalır. Fermerlər tərəfindən səmərəsiz taxıl əkinləri ilkin olaraq 35 faizə qədər azalıb, həmin sahələr hesabına tərəvəz, çəltik, giləmeyvə, faraş kartof, tərəvəz, noxud, sarımsaq, tütün, qarğıdalı kimi bitkilərin əkinləri xeyli genişləndirilib. Əkin strukturunda baş verən bu dəyişiklik nəticəsində rayonda bitkiçilik məhsullarının istehsal həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2 faiz artıb, əkinlərin rentabelliyi taxıla nisbətən bir neçə dəfə yüksək olub, 6400 hektarda 13 min 178 iş yeri yaranıb. Aprel ayından başlayaraq yüzlərlə əlavə işçi qüvvəsinə tələbat yaranıb və bu gün də tələbat var. İstehsal edilən məhsullar əsasən ixracyönümlü olub, bu ilin 7 ayında yaxın və uzaq xarici ölkələrə Azərbaycan brendi ilə ümumilikdə 29 milyon manata yaxın tərəvəz, faraş kartof, sarımsaq və çiyələk ixrac olunub. Əvvəllər bu bölgənin ən gəlirli sahəsi olan çayçılığın inkişaf etdirilməsi məqsədilə dağlıq ərazidə yeni texnologiyaya əsaslanan 42 hektar çay plantasiyası salınıb, 60 hektarda isə əkin işləri yaxın aylarda başa çatdırılacaq. Bu əraziyə rayonun daxili imkanları və digər maliyyə mənbələri hesabına 11 kilometr asfalt, 6 kilometr çinqıl döşənərək yol çəkilib, “Azərsun” şirkəti tərəfindən suvarma sistemi qurulub. Hazırda burada 50-yə yaxın iş yeri yaradılıb. “Azərsun” şirkəti tərəfindən daha 200 hektara qədər sahədə çay plantasiyasının salınması üçün torpaq mülkiyyətçiləri ilə danışıqlar aparılır.Yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. Tapşırığınıza əsasən 1000 hektarı əhatə edən yeni çay plantasiyası salınması üçün hazırlıq işləri görülüb, torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri, müvafiq nazirliklərin, “Astaraçay” şirkətinin rəhbərliyi ilə müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Həmin sahələrdə bu ilin payızından başlayaraq çay əkinlərini aparmaq mümkündür. Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç növ çəltik əkilib, kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılıb, müasir texnologiya əsasında yeni çəltik emalı zavodunun tikintisinə başlanılıb. Gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur. İxracyönümlü məhsul istehsalının artırılması üçün verdiyiniz tapşırıqların icrası ilə bağlı rayonda əlavə tütün, giləmeyvə, faraş kələm əkinləri də genişlənir, yeni sitrus bağları salınır.
Rayon rəhbəri Masallıda turizmin yaxşı şəraitinin olmasını qeyd edib. Görüşdə çıxış edən cənab Kim Çanq-Gyun cənubun mirvarisi Masallıda ikici dəfə səmimi qarşılanmaya görə Masallı RİH başçısına minnətdarlığını ifadə edib, Azərbaycan və Koreya xalqlarının mənəvi yaxınlığından danışıb. Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən koreyalı səfir Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini tapmasında maraqlı olduqlarını vurğulayıb. Səfir deyib ki, ölkəmizin iqtisadiyyatının sənayeləşmə dövrünün başlanğıcı hesab edilən 1962-ci ildə Koreyada adambaşına düşən ümumi daxili məhsul 62 dollar idi. Bu rəqəmdə son 50 ildə 450 dəfə artım olub və 27,633 dollara qədər qalxıb. Belə yüksək göstərici və artım uzaqgörən və güclü liderliklə bərabər, Koreya xalqının çalışqanlığı və əqidə möhkəmliyi ilə mümkün olub. Masallıya ikinci dəfə səfər etdiyini deyən diplomat rayonun onda xoş təəssüratlar yaratdığını, maraqlı müzakirələrin keçirildiyini söyləyib. O, ölkəsi ilə Masallı arasında əməkdaşlığa, humanitar istiqamətlərdə müxtəlif layihələrin genişlənməsinə dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırib.
Səfir bundan sonra da Masallı-Koreya əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Gyun səmimi görüşə görə minnətdarlığını bildirib. Səfir yüksək qonaqpərvərliyə görə Masallı RİH başçısı cənab Rafil Hüseynova minnətdarlıq edib. O, deyib ki, Azərbaycanla Koreya arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb.
Koreya səfiri elə həmin gün axşam saatlarında Masallı Olimpiya İdman Kompleksində Koreya Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş “Koreyanın nəfəsi” adlı möhtəşəm konsert proqramında iştirak edib.  шаблоны для dle 11.2
Вернуться назад