Главная > Siyasət > Türkiyə Prezidenti Zakir Həsənovu qəbul edib

Türkiyə Prezidenti Zakir Həsənovu qəbul edib


1-02-2022, 21:28. Разместил: admin44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

Görüşdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iştirak edib.

Azərbaycan müdafiə naziri Zakir Həsənovun Türkiyə səfəri çərçivəsində artıq Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında da görüş baş tutub.

Görüşdə iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlıqla yanaşı, regional məsələlər də müzakirə olunacaq.

Səfər fevralın 2-dək davam edəcək.



www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад