Главная > Siyasət / Manşet > Masallı rayonunda “2 fevral – Azərbaycan Gəncləri günü” qeyd edildi

Masallı rayonunda “2 fevral – Azərbaycan Gəncləri günü” qeyd edildi


2-02-2022, 18:56. Разместил: admin44

02 fevral 2022-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində ara məsafəsi gözlənilmək şərtilə “2 fevral – Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon gənclərinin  toplantısı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər.

Mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mərkəzin konfrans zalında rayonda keçirilmiş gənclər siyasətini əhatə edən videoçarx nümayiş etdirilib.

Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt və firavan gənclik, sağlam həyat və uğurlu gələcək arzulayıb. İcra basçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğunu vurğulayıb. Qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub, gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihəlırin hər birinin ana xəttində isə Azərbaycançılıq məfkurəsi dayanıb. Düşünülmüş gənclər siyasətinin nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də başlanan cəmu 44 gün sürən Vətən müharibəsində əsasən gənclərdən ibarət olan müzəffər ordumuz igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxışında qeyd edib ki, bu gün ölkəmizin hər  yerində olduğu kimi rayonumuzda da gənclər öz bayramlarını böyük  sevinc və  qürur hissi ilə  qeyd edirlər . Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr.  Dövlət başçısının  rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş və bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra Dövlət Proqramları təsdiq olunmuşdur ki, bu da gənclərin dövlətçiliyə bağlı, vətənpərvər , intelektual ,yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasına şərait yaratmışdır. Gənclərin hərtərəfli inkişafı həmişə möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ölkə başçısı tərəfindən gənclərlə bağlı təsdiq edilən müvafiq Dövlət Proqramları bunun bariz nümunəsidir. Təsdiq edilən Dövlət Proqramları, gənclərlə aparılan maarifləndirici tədbirlər hər bir gəncin vətənpərvər ruhunda  formalaşmasına zəmin yaratmışdır. 27 sentyabr 2020-ci il tarixi hər bir Azərbaycan gənci üçün  özünü əsl  vətənpərvər kimi təsdiq etmək üçün bir şans oldu. Azərbaycan gəncləri torpaqlarımızın azadlığı uğrunda gedən  44 günlük Vətən müharibəsidə döyüşlərdə  qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etməyi bacardılar. Bu döyüşlərdə rayonumuzdan da kifayət qədər gənc könüllü torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə silaha sarılaraq şərəfli döyüş yolu keçərək bizə Zəfər tarixini yaşatdılar. Düzdür, bu döyüşlərdə rayonumuz da digər rayonlar kimi şəhidlər verdi , ancaq “Vətən uğrunda ölən varsa Vətəndir” deyiblər. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi.  Bildiyimiz kimi Prezidentimiz  bu il “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili ” elan edilməsi haqqında” Sərəncam imzalayıb. Masallı rayon Gənclər və İdman İdarəsi olaraq 2022-ci il ərzində “Şuşa ili” ilə əlaqədar mütəmadi tədbirlərin  keçirilməsi nəzərdə tutulmuşdur.

«Gənclərə qayğı təkcə ölkə rəhbərliyi səviyyəsində deyil eyni zamanda rayonumuzun rəhbəri cənab Şahin Məmmədov tərəfindən də diqqət mərkəzində saxlanılır. Son zamanlar Masallımızda gedən inkişaf, aparılan abadlıq və quruculuq işləri , gənclərlə tez-tez keçirilən görüşlər gənclərə göstərilən diqqət və qayğı,gənclərimizin yüksək vəzifələrə təyin edilməsi  gənclərimizin daha da yüksək nailiyyətlər qazanmağına stimul yaradır. Yeniyetmə və gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, onların  asudə vaxtlarının səmərəli təşkil olunması, dünya görüşünün və intelektual bilik səviyyəsinin artırılması məqsədi ilə “Gənclər Evi” sosial xidmət müəssisəsində  və “Asan” İntellektual  İnkişaf Mərkəzində rayon məktəbləri ,yeniyetmə və gənclər  arasında rayon Təhsil şöbəsi ilə  birlikdə “Xəmsə”, “Nə? harda nə zaman”, “Breyn-rinq” İntelektual bilik yarışları və s. müsabiqələr və  rayon birincilikləri keçirilmişdir. Qalib gələn komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşdur. Pandemiya şəraitinə uyğun olaraq gənclərlə  iş sahəsi üzrə  45 sayda  rayondaxili tədbir keçirilmişdir.Bu  tədbirdə 2000 nəfərdən artıq  yeniyetmə  və gənc iştrak etmişdir. 2021-ci il ərzində Rayonda Bədən Tərbiyəsi və İdmanın kütləviliyinin artırılması istiqamətində Gənclər və İdman İdarəsi tərəfindən əlaqədar  təşkilatlarla birgə müəyyən işlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən Respulika birinciliyi  və çempionatlarında   62   yeniyetmə gənc  idmançı  rayonumuzu təmsil etmişdir. Onlardan 8 nəfər I yerə, 7 nəfər II yerə,6 nəfər isə  III yerə layiq  görülmüşlər. Sizi əmin edirk ki, İdarəmiz rayon gəncləri və idmançıları  ilə əlaqələrini gələcəkdə də inkişaf  etdirəcək, gənclərin ölkəmizin ictimai-mədəni və siyasi həyatında daha yaxından iştirakını təmin etmək məqsədi ilə fəaliyyətini günü-gündən artırıcaqdır»-deyə S. Cahangirov çıxışını yekunlaşdırıb.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov (fotoqraf Rəşad Fərəcov, Elsevər Əliyev, Faiq Mirzə, Nurşad Bayramov) xəbər verir ki, Masallı Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, Qarğalıq kəndindən olan «Rəşadət» ordenli və «Şuşanın azad olunmasına görə medallı şəhid çavuş Rafail Hüseynovun atası Teymur Hüseynov, Dəmirçi kənd ümumi orta məktəbinin direktor müavini, gənc tarix müəllimi İradə İmanbəyli, Kinqboksinq idman növü üzrə üçqat Dünya çempionu və beynəlxalq turnirlərin qalibi Rəşid Rəşidli, Masallı Dövlət Regional Kollecinin tələbəsi, könüllü Aysun Əliyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və başqaları gənclərə fəaliyyətində uğurlar arzulayıblar, onları bütün sahələrdə fəal, vətənpərvər olmağa çağırıblar.

Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə Masallı Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin Fəxri fərman və qiymətli hədiyyələri, sertifiukatları fəal şəhid ailəsi övladlarına, Vətən müharibəsi iştirakçılarına, gənc əlillərə, könüllülərə, əlaçı tələbələrə təqdim edilib.

Tədbir incəsənət ustalarının-Masallı Regional Mədəniyyət İdarəsinin solistləri Miriş Hüseynov, Atamoğlan Zahidov və fortopionada Bəhruz Mövsümovun canlı ifasında maraqlı və lirik ovqatlı, könülləri oxşayan konsert proqramı ilə davam etdi.


















www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад