Главная > Siyasət > Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin yaradılmasının 15-ci ildönümü qeyd edilib
Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin yaradılmasının 15-ci ildönümü qeyd edilib6-02-2022, 16:09. Разместил: admin44 |
Fevralın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Atçılıq Mərkəzinin yaradılmasının 15-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, dəvət olunmuş digər qonaqlar və qurumun şəxsi heyəti iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə hərbi hissənin ərazisində yaradılmış şəraitlə tanış olmuş, Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin xidməti fəaliyyəti ilə bağlı fotosərgiyə baxış keçiriblər. Tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələrində olduğu kimi atçılıq idmanının da inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı, Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” atçılıq mərkəzinin “Süvarilər” qrupunun, çövkən, konkur, polo komandalarının respublika üzrə və digər ölkələrdə keçirilmiş mötəbər tədbirlərdə, beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edərək uğurlar qazandıqları qeyd olunub. Ötən müddətdə “Sərhədçi” atçılıq mərkəzində beynəlxalq standartlara cavab verən ən müasir infrastrukturun yaradıldığı, xidməti heyvanların dövlət sərhədinin mühafizəsində istifadəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiq olunması istiqamətində, eləcə də ölkəmizdə atçılıq idmanının təbliği və inkişafında, idman istedadlarının üzə çıxarılmasında, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində mərkəzin uğurlu fəaliyyət göstərdiyi vurğulanıb. Yubiley mərasimində DSX-nin nümunəvi Hərbi Orkestri və “Sərhədçi” Mədəniyyət Mərkəzinin rəqs qrupu maraqlı repertuarla çıxış ediblər. “Süvarilər” qrupu Qarabağ və Dilbaz atları üzərində qapalı manejdə xüsusi proqramla çıxış edib, açıq manejdə “Konkur” komandasının nümunəvi çıxışı izlənilib, “Polo” və “Cövkən” komandalarının oyununa baxış keçirilib. Sonda mükafatlandırılma mərasimi keçirilib. www.yeniheyet.az Вернуться назад |