Главная > Siyasət / Manşet > Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı8-02-2022, 16:30. Разместил: admin44 |
XXI əsrin ən böyük layihələrindən biri də Cənub Qaz Dəhlizidir. Cənub qaz dəhlizi dörd seqmentdən ibarətdir. Bunlar “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərləridir. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü Cənub Qaz Dəhlizi Məşvərət Şurasında nazirlərin VIII toplantısı keçirilib. Bu isə bizim dünya ölkələri arasında aparıcı rol oynadığımızı göstərir. Məşvərət Şurasında İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna, Türkmənistan və Avropa İttifaqının komissarları yüksək səviyyəli nümayəndələri "Gülüstan" sarayında bir araya gəliblər. Cənab Prezident öz çıxışında bildirmişdir ki, biz çox şadıq və özümüzü təbrik edə bilərik ki, bu dəfə Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilərik. 2020-ci ilin sonuncu günü - dekabrın 31-də, - yeri gəlmişkən, bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür, - azərbaycanlılar üçün mühüm olan bu gündə biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsinin tamamlanması haqqında məlumat verdik. Cənub Qaz Dəhlizi layihəsinin dəyəri 33 milyard ABŞ dollarıdır. Bu isə bizə onun dəyərindən qat-qat çox büdcəyə gəlir gətirəcəyi deməkdir. Müasir dövrdə çox azsaylı layihələrdən biridir. Bu isə Azərbaycanın daha qabaqcıl və inkişaf etmiş ölkər arasında olduğunu birbaşa rəsmi şəkildə sübut edir. Dünya bazarında da Azərbaycan qazına ehtiyac var və bunun nəticəsidir ki, mənbələrdən əldə olunan məlumata əsasan keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib və gələcək illərdə isə Cənub Qaz Dəhlizi layihəsi əsasında bu göstəricinin dahada artacağı şübhəsizdir. Bu tarixi hadisə bütün dünya azərbaycanlıları tərəfindən alqışlanır və bu lahiyə də digər böyük lahiyələr kimi Ölkə Başçısının uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirilir. Əzizov Elməddin, Masallı şəhər sakini, Vətən Müharibəsi Veteranı, gənc könüllü. www.yeniheyet.az Вернуться назад |