Главная > Siyasət / Manşet > Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir
Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir8-02-2022, 16:33. Разместил: admin44 |
Hər il yeni nailiyyətlər qeyd olunur. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr , şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq iş ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır. Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir. Onun dəyəri 33 milyard ABŞ dollardır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir- Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı , Asiya İnkişaf Bankı, Asiya İfrastruktur və İnvestisiya Bankı. Prezident İlham Əliyev 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışında bildirmişdir ki, Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır., enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Azərbaycanın enerji siyasəti həmişə çox acıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Aygün Hüseynova, Masallı şəhər sakini, faəl gənc. www.yeniheyet.az Вернуться назад |