Главная > Siyasət > Ərdoğan Şuşa Bəyannaməsini təsdiqlədi

Ərdoğan Şuşa Bəyannaməsini təsdiqlədi


11-02-2022, 18:38. Разместил: admin44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı Prezident Fərmanını imzalayıb.

Dövlət başçısı sənədi Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndə heyətini qəbul edərkən təsdiqləyib.
Qəbulda Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, həmçinin Azərbaycan ağsaqqalı Həsən Həsənov, Qazaxıstan ağsaqqalı İkram Adırbek, Qırğızıstan ağsaqqalı Mədətxan Şərimqulov, Özbəkistan ağsaqqalı Bəxtiyor Sayfullayev və Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev iştirak edib.



www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад