Главная > Siyasət > "Qobu" Enerji Qovşağının açılışı zamanı AZƏRTAC-a müsahibə

"Qobu" Enerji Qovşağının açılışı zamanı AZƏRTAC-a müsahibə


15-02-2022, 14:22. Разместил: admin44


Ulu öndər Heydər Əliyevin respublikada hakimiyyətə ilk gəlişinə qədər, bir növ, arxa planda qalan AZƏRTAC məhz Ümummilli Liderin iradəsi, şəxsi nüfuzu və qayğısı hesabına keçmiş sovet respublikalarının informasiya agentlikləri arasında qabaqcıl yerə çıxıb. Yeni binanın muzey hissəsində nümayiş olunan eksponatlar bunu əyani şəkildə sübut edir. Sovet İttifaqında SİTA-dan və Ukrinformdan sonra tamamilə kompüterləşdirilən informasiya agentliyi AZƏRTAC olub. Texniki təchizata öz dövrünün ən müasir “T-100” teletaypını da əlavə etmək olar. Uzaq məsafələrə rəsmi sənədlərin – qərar, fərman və sərəncamların birbaşa ötürülməsinə imkan verən bu avadanlıqla ən çox təchiz olunan üç agentlikdən biri də AZƏRTAC idi.
           
Müstəqillik illərində də ulu öndər Heydər Əliyev dövlət siyasətinin informasiya təminatında AZƏRTAC-a xüsusi qayğı ilə yanaşırdı. 1995-ci il martın 3-də Agentliyin yenidən təşkil edilməsi haqqında imzaladığı Fərmanla AZƏRTAC-a dövlət informasiya orqanı statusu verilir, büdcə vəsaiti ayrılır, beynəlxalq informasiya məkanına çıxmaq qarşıya əsas vəzifə kimi qoyulur. Məhz həmin dövrdən AZƏRTAC regional və beynəlxalq media qurumları ilə sıx əlaqələr qurmağa başlayır.
         
Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.
           
Həftənin əvvəlində Yaşmada böyük yarımstansiyanın istifadəyə verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750 meqavat olan yarımstansiya əlbəttə ki, bizim enerji sismtemimizdə önəmli yer tutacaq. Bu gün isə 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının açılması əlbəttə, generasiya güclərimizi böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib. Onu da deməliyəm ki, bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu onu göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız var.
             
Bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var. Çünki artan tələbat – həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir. Onu da bildirməliyəm ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək.
     
 – Cənab Prezident, məlumdur ki, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir, əhalimiz hər il artır. Eyni zamanda, ölkəmizdə sənaye istehsalı da sürətlə inkişaf edir. Təbii ki, bütün bu amillər Azərbaycanda elektrik enerjisinə tələbatın artmasına səbəb olur. Elektrik enerjisinə artan bu tələbatın hansı mənbələrdən təmin olunması nəzərdə tutulur?




Əfsanə Kərimova
Masallı Gənclər Evinin əməkdaşı




www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад