Главная > Siyasət > Prokurorluq işçilərinin peşə biliklərinin artırılması məqsədilə növbəti təlim Lənkəranda təşkil edilib

Prokurorluq işçilərinin peşə biliklərinin artırılması məqsədilə növbəti təlim Lənkəranda təşkil edilib


15-02-2022, 16:53. Разместил: admin44

Prokurorluq işçilərinin peşə biliklərinin artırılması, hərtərəfli və tam araşdırmanın aparılması üçün tələb olunan peşəkar vərdişlərin gücləndirilməsi məqsədini daşıyan təlimlər planlı şəkildə davam etdirilir. Cəmiyyətdə aktuallığı ilə seçilən ekoloji hüquqpozmalar, xüsusilə də qanunsuz ağac kəsmə və dağ-mədən işlərinin aparılması sahəsində hüquqpozmaların araşdırılmasına xüsusi önəm verilir.

Ötən həftə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının köməkçiləri cəlb edilməklə respublikanın 2 rayonunda 4 qanun pozuntusu barədə məlumatın yoxlanılması qaydasında ilkin istintaq hərəkətləri aparılıb, izahatlar alınıb.
Aparılmış yoxlamaların nəticələri, həmçinin ekoloji hüquqpozmaların aşkarlanması, araşdırılması və qarşısının alınması sahəsində toplanmış təcrübə ilə bağlı Lənkəran Rayon Prokurorluğunda seminar keçirilib. Seminarda Astara, Biləsuvar, Cəlilabad, Masallı, Neftçala, Lənkəran, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları iştirak ediblər.

Həmin tədbir respublikanın şimal və şimal-qərb rayonlarında keçirilmiş seminarlardan sonra sayca üçüncü tədbirdir. Analoji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.







www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад